Mərkəzi Banka yeni səlahiyyət verilib

Mərkəzi Bankın binası

© APA | Mərkəzi Bankın binası

# 13 iyul 2021 18:46 (UTC +04:00)

Bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) kredit bürosuna məlumatların müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna məlumatların müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Fərmana əsasən, bu sahədə səlahiyyət Mərkəzi Banka verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR