Vergi borcunun məbləğindən və sahibkarlıq subyektinin kateqoriyasından asılı olaraq borcun ödənilməsinə möhlət veriləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, vergi borcunun ödənilməsinə möhlət verilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən təqdim edilməli olan sənədlərin (o cümlədən vergi borcuna veriləcək təminatlardan asılı olaraq sənədlərin) siyahısı dəqiqləşdiriləcək.
Vergi Məcəlləsinə vergi borcunun ödənilməsinə möhlətin 6 aydan çox olmayan müddətə (o cümlədən cari vergilər üzrə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə) verilməsi və ya vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşdırılmış qaydada mərhələli şəkildə aylıq ödənişlər formasında yerinə yetirilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi təklif olunur.
Vergi ödəyicisi tərəfindən möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda, vergi ödəyicisinin müraciəti əsasında yuxarıda qeyd edilmiş müddətlərin yuxarı vergi orqanının qərarı ilə müvafiq olaraq 1 ildən və 2 ildən çox olmayan müddətə artırılması nəzərdə tutulur.
Həmçinin, vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində həmin borca faizlərin hesablanması həyata keçirilməyəcək.
Təklif edilən dəyişikliyə əsasən, vergi orqanının qərarı ilə vergi borcunun ödənilməsinə möhlət verilən dövr ərzində vergi ödəyicisinin yeni vergi borcu yarandığı halda həmin vergi borcu Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada dövlət büdcəsinə ödəniləcək.
Vergi orqanının qərarı əsasında vergi öhdəliyinin yerinə yetirilməsinin uzadıldığı müddət vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik müddətə daxil edilməyəcək.
Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verildikdə vergi ödəyicisinin təqdim etdiyi təminatlar hesabına vergi borcunun ödənilməsi təmin ediləcək.
Möhlət müddətində vergi borcuna faiz hesablanmayacaq
03 noyabr 2021 11:37 (UTC +04:00)
Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024