Naxçıvanda kreditləşmənin həcmi 27%-dək artıb

Naxçıvanda kreditləşmənin həcmi 27%-dək artıb
# 21 avqust 2021 10:51 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 126,8 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 26,8% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlərin 15,19 mln. manatdan çoxu və yaxud 12%-i qısamüddətli, 111,64 mln. manatdan çoxu və yaxud 88%-i uzunmüddətli kreditlər olub.

Avqustun 1-nə Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 96 037-yə çatıb ki, bunun da 83 027-si və ya 86,5%-i aktiv hesablardır. Bu ilin ilk yeddi ayında açılan 25 290 bank hesabının 25 254-ü aktiv hesablar olub.

Naxçıvanda quraşdırılan POS-terminalların sayı 1 avqust 2021-ci il tarixə 1 475-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR