Nazir: “XİN təklif edib ki, diplomatlarımız xaricdə çalışanda onların həyat yoldaşlarına da maaş verilsin”

XİN bina

© APA | XİN bina

# 12 noyabr 2021 14:07 (UTC +04:00)

“Xarici İşlər Nazirliyindən bizə təkliflər daxil olub ki, diplomatlarımız xaricdə çalışanda onların həyat yoldaşlarına, söhbət əsasən qadınlardan gedir, onlara da maaş verilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu kimi məsələlər hökumətin gündəliyindədir: “Eyni zamanda atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı məsələ də diqqətdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR