Nazir: "Yaşayış minimumunun 210 manata çatdırılması kifayət qədər aqressiv artımdır"

Sahil Babayev

© APA | Sahil Babayev

# 12 noyabr 2021 16:57 (UTC +04:00)

“Hökumət olaraq əsas prioritetimiz özəl sektorda yeni iş yerlərinin yaradılmasıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dövlət sona qədər biznesmen olaraq qala bilməz: “Yaşayış minimumunun 210 manata çatdırılması, ehtiyac meyarının 3 ildə 55-60% artması kifayət qədər aqressiv artımdır. Artıq gələn ildən ehtiyac meyarı ilə yaşayış minimumunu bərabərləşdirə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR