Neft Fondu aktivlərini artırıb

ARDNF-nin inzibati binası

© APA | ARDNF-nin inzibati binası

# 21 oktyabr 2021 17:03 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 444,5 mln. manat, büdcə xərcləri isə 7 328,2 mln. manat təşkil edib.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 178,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 mln. manat, bonus ödənişləri 772 mln. manat, tranzit gəlirləri 16,5 mln. manat, akrhesabı ödənişlər 5,3 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 266,3 mln. manata bərabər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 309,7 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 3,4 mln. manat yönəldilib. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 990,6 mln. manat təşkil edib.

2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 1,52% artaraq 44 226,4 mln. ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR