Neft Fondunun "Şahdəniz"dən gəlirləri üç dəfəyədək artıb

Neft Fondunun "Şahdəniz"dən gəlirləri üç dəfəyədək artıb
# 06 dekabr 2021 14:50 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 730 707 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,65 dəfə çoxdur.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, o cümlədən, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2021-01.12.2021 tarixinə) 278 178 min dollar olub, bu da 35,7% artım deməkdir.

Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 397 mln. dollar (01.12.2021 tarixinə) təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR