Pandemiya inkişaf etməkdə olan ölkələrdə 1,7 trln. dollarlıq əlavə ehtiyac yaradıb - BMT

Pandemiya inkişaf etməkdə olan ölkələrdə 1,7 trln. dollarlıq əlavə ehtiyac yaradıb - BMT
# 06 dekabr 2021 16:58 (UTC +04:00)

COVID-19 pandemiyası inkişaf etməkdə olan ölkələrdə daha 1,7 trln. ABŞ dolları həcmində əlavə ehtiyac yaradıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin köməkçisi Haolianq Şu İstanbulda keçirilən XII Bosfor Sammitində deyib.

Şu qeyd edib ki, qlobal maliyyə aktivlərinin həcmi tarixi maksimuma – 317 trln. dollara çatıb, lakin aktivlərin 80%-i inkişaf etmiş ölkələrdədir və yalnız 1,1%-i inkişaf etməkdə olan ölkələrin davamlı inkişaf məqsədlərinə ayrılıb. BMT rəsmisi vurğulayıb ki, investisiyaların səfərbər edilməsi hər bir hökumətin gündəmində prioritet məsələdir və ölkələr əhatəli və davamlı gələcəyə nail olmaq üçün səy göstərirlər.

Xatırladaq ki, Beynəlxalq Əməkdaşlıq Platformasının (ICP) təşkilatçılığı baş tutan ikigünlük sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də Türkiyədən və xaricdən nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli rəsmilər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR