Qlobal birbaşa xarici investisiyalar ötən il kəskin azalıb

Qlobal birbaşa xarici investisiyalar ötən il kəskin azalıb
# 21 iyun 2021 09:46 (UTC +04:00)

Ötən il koronavirus pandemiyası ilə əlaqədar yaranan iqtisadi tənəzzül səbəbindən dünyada birbaşa xarici investisiyaların həcmi 30%-dən çox azalıb – 1,5 trln. ABŞ dollarından 1 trln. dollaradək. 2021-ci ildə qlobal birbaşa xarici investisiyaların 1-15% artacağı proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.

"Böhran birbaşa xarici investisiyaların kəskin azalmasına səbəb oldu. İnvestisiyaların qlobal axını üçdə bir azalıb – 1,5 trln. dollardan 1 trln. dollaradək. 2020-ci ilin sonunda birbaşa xarici investisiyaların həcmi 10 il bundan öncə yaşanan qlobal maliyyə böhranından sonra qeydə alınan ən aşağı səviyyədən təxminən 20% azdır", - deyə UNCTAD-ın Baş katibi vəzifəsini icra edən İzabel Düran (Isabelle Durand) bildirib.

O əlavə edib ki, cari ildə birbaşa xarici investisiyalarının axınının qismən bərpa olaraq 10-15% artacağı gözlənilir. Bununla belə, investisiyaların yatırılmasının sürətlənməsi üçün bir qədər vaxt tələb oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR