Saflaşdırılmamış misə tətbiq edilən ixrac rüsumunun müddəti uzadılıb

Saflaşdırılmamış misə tətbiq edilən ixrac rüsumunun müddəti uzadılıb
# 12 oktyabr 2021 15:33 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
APA-nın məlumatına görə, qərarı saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılmasını nəzərdə tutur.
2024-cü ilin sonunadək ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10 %-i, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR