Sığorta vasitəçilərinin AMB qarşısında hesabatlılığı müəyyən edilib

Sığorta vasitəçilərinin AMB qarşısında hesabatlılığı müəyyən edilib
# 27 may 2021 15:46 (UTC +04:00)

Sığorta vasitəçilərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında hesabatlılığı müəyyən edilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın ləğvi və yenidən müraciət halları ilə bağlı müddəalar təkmilləşdirilib.

Bundan başqa, sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulub.

Eyni zamanda hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələbi aradan qaldırılıb.

Sığorta agentlərinin sığortaçıda vəzifə tutması qadağan edilib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR