Sığorta vasitəçilərinin AMB qarşısında hesabatlılığı müəyyənləşir

Sığorta vasitəçilərinin AMB qarşısında hesabatlılığı müəyyənləşir
# 21 may 2021 13:07 (UTC +04:00)

Sığorta vasitəçilərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında hesabatlılığı müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın ləğvi və yenidən müraciət halları ilə bağlı müddəalar təkmilləşdiriləcək.

Bundan başqa, sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq.

Eyni zamanda hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələbi aradan qaldırılır.

Sığorta agentlərinin sığortaçıda vəzifə tutması qadağan ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR