Sığortaedənin işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq

Sığortaedənin işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq
# 17 noyabr 2021 16:05 (UTC +04:00)

Sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla, maddi yardımdan məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, sığortaedənin öz işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR