Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqlayıb®

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqlayıb®
# 05 oktyabr 2021 10:52 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4 317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.

Veysəloğlu indeksi orta illik qiymət dəyişikliyi tempi

“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.

Kateqoriyalar

12 ay öncə ilə müqayisə

Keçən ay ilə müqayisə

Keçən ilin sonu ilə müqayisə

Ərzaq məhsulları, içkilər və tütün

7,7%

2,0%

6,6%

Təzə qida

6,7%

3,8%

5,2%

Qida və spirtsiz içkilər

9,5%

0,7%

8,4%

Alkoqol və tütün məmulatları

5,8%

0,3%

6,0%

Kateqoriyalar üzrə orta illik qiymət dəyişikliyi tempi

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR