Yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı 31% artıb

Yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı 31% artıb
# 20 avqust 2021 11:46 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan qeyri-neft sektoru üzrə 1,354 mlrd. ABŞ dolları dəyərində ixrac reallaşdırıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% çoxdur.

Hesabat dövründə qeyri-neft ixracı ölkənin ümumi ixracının 11,89%-ni təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,55 faiz bəndi çoxdur.

Təkcə iyul ayına gəldikdə, Azərbaycan ötən ay 191,923 mln. dollarlıq qeyri-neft məhsulu ixrac edib ki, bu da iyun ayı ilə müqayisədə 24,7% azdır.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkənin qeyri-neft ixracında ən böyük pay sahibi meyvə-tərəvəz (25%), plastmas və onlardan hazırlanan məmulatlar (15,4%) və pambıq (12,1%) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR