ADIF ləğv prosesində olan bankların kreditorlarına müraciət edib

#
# 12:39
9 may 2020

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank” ASC və “Atabank” ASC-nin kreditorlarına müraciət edib.

APA-Economics”in Fonda istinadən verdiyi xəbərə görə, ləğv prosesində olan “Amrahbank” ASC-nin kreditorlarından 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri, Xocalı prospekti 36 A ünvanında yerləşən ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisinə müraciət etmələri xahiş olunur. Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39. 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

Həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin kreditorlarından 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102ünvanında yerləşən ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisinə  müraciət etmələri xahiş olunur. Əlavə məlumat üçün əlaqə nömrələri (+99412) 497-87-00;  Qaynar xətt – 136.

Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.

Bildirək ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə  alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR