AİB Azərbaycanın monetar siyasətini təhlil edib

AİB Azərbaycanın monetar siyasətini təhlil edib
# 29 aprel 2021 10:10 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) təhlilinə əsasən, bu il Azərbaycanda monetar siyasət (pul siyasəti) əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanı hədəf diapazonu çərçivəsində saxlamağından və iqtisadiyyatın bərpasını dəstəkləməyindən ibarət olacaq.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, davamlı fiskal stimullaşdırıcı paketlərin və özəl sektorun artan kreditləşməsi nəticəsində ölkədə geniş pul kütləsinin (M3) artımı gözlənilir.

Bankın proqnozuna görə, manatın məzənnəsi stabil qalacaq, belə ki, xarici ticarət dövriyyəsinin müsbət saldosu manata olan təzyiqi aradan qaldırır.

Qeyd edilir ki, AMB valyuta bazarını yaxından izləməyə davam edərək, habelə depozit hərracları və qısamüddətli notlarını istifadə edərək likvidliyi adekvat səviyyədə saxlayacaq. Bankın mütəxəssislərinin fikrincə, idxal məhsullarına azalmış tələbat və likvidliyi azaltmaq məqsədi ilə AMB tərəfindən təşkil olunan müntəzəm depozit hərracları manatın ABŞ dolları qarşısında dəyər itirməməyə kömək edib, lakin bu, avro və Yaponiya yeni qarşısında baş vermədi və manat sözügedən valyutalara qarşısında dəyər itirdi.

AİB əlavə edib ki, Azərbaycanda xarici valyutada olan depozitlərin payının azalmasına baxmayaraq ("APA-Economics"in araşdırmasına əsasən, bu ilin yanvarın 1-nə ölkədə depozit bazasının dollarlaşması son 6 ilin minimumuna enmişdi), bank sistemində dollarlaşmanın səviyyəsi hələ də yüksəkdir.

Xatırladaq ki, AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapazonunda formalaşacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR