AİB ötən il üzv ölkələrə 32 mlrd. dollar ayırıb

AİB ötən il üzv ölkələrə 32 mlrd. dollar ayırıb
# 27 aprel 2021 10:53 (UTC +04:00)

COVID-19 pandemiyası fonunda Asiya İnkişaf Bankı (AİB) 2020-ci ildə üzv ölkələrə texniki yardım, kredit, qrant və s. şəklində 31,6 mlrd. ABŞ dolları həcmində vəsait ayırmağı öhdəliyinə götürüb.

"APA-Economics"in bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, sözügedən məbləğin yarısından çoxu (16 mlrd. dollar) COVID-19-a qarşı cavab tədbirlərə yönəldilib. Özəl sektora yönəlmiş vəsaitlərin həcmi isə 4,5 mlrd. dollara bərabər olub, bunun da 2,9 mlrd. dolları COVID-19 təsirlərinin aradan qaldırılmasına cəlb edilib. Ölkələrlə birgə maliyyələşdirilən layihələrə isə bank ötən il 16,4 mlrd. dollar ayırıb.

Qeyd edək ki, ötən il AİB Azərbaycanın da daxil olduğu Mərkəzi və Qərbi Asiya regionuna (Əfqanıstan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan) 6,6 mlrd. dollar ayırıb, bu da 2019-cu illə müqayisədə 8% çoxdur. Sözügedən məbləğin 4 mlrd. dolları pandemiyaya qarşı nəzərdə tutulan cavab tədbirlərə yönəlib. 2021-ci ilin əvvəlinə ümumi məbləğin (6,6 mlrd. dollar) 5,3 mlrd. dolları artıq ölkələr tərəfindən mənimsənib. Qeyd edilir ki, ayrılan vəsaitin 3,7 mlrd. dolları birgə maliyyələşdirilən layihələrin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR