AMB-nin xalis xarici aktivləri 3% artıb

AMB-nin xalis xarici aktivləri 3% artıb
# 24 iyul 2020 12:38 (UTC +04:00)

Bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 17 698,8 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 463,8 mln. manat və ya 2,8%-lik artım deməkdir.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bankın xalis xarici aktivləri son bir ayda isə 948,9 mln. manat və ya 5,4% azalıb.

2020-ci ilin iyulun 1-nə AMB-nin xalis daxili aktivləri isə son bir ayda 532,2 mln. manat və ya 6% ötən ilin eyni dövrü ilə müqayisədə isə 465,6 mln. manat və ya 5,2% artaraq 9 463,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR