ARDNF-nin büdcəyə transfertləri azalıb

#
# 11:03
21 aprel 2021

Bu ilin I rübündə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 mln. manat və ya 17,6% az, yəni 2 513,7 mln. manat daxilolma qeydə alınıb.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin I rübündə 212,7 mln. manat məbləğində profisit yaranıb.

Qeyd edilir ki, sözügedən azalma Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin I rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR