AYİB ötən il üzv ölkələrə 10 mlrd. avrodan çox investisiya yatırıb

AYİB ötən il üzv ölkələrə 10 mlrd. avrodan çox investisiya yatırıb
# 16 iyun 2020 09:57 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə üz ölkələrə 452 layihə üzrə 10,1 mlrd. avro dəyərində investisiya yatırıb ki, bu da 2018-ci illə müqayisədə 5,7% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə AYİB-in 2019-cu ilin icmal hesabatında deyilir.

Hesabat dövründə illik məcmu ödənişlər demək olar ki, dəyişməyib və 7,2 mlrd. avro səviyyəsində qalıb.

Qeyd edək ki, AYİB-in xalis gəlir fondundan 117 mln. avro ayırması və məcmu gəlirdə digər dəyişiklikləri nəzərə alaraq, 2019-cu ilin sonunda bankın kapital ehtiyatı 1,5 mlrd. avro artaraq 11,6 mlrd. avroya çatıb.

Xatırladaq ki, bank 2019-cu ili 1,4 mlrd. avro xalis mənfəətlə yekunlaşdırıb. Bu, 2018-ci ilin göstəricisindən 4,1 dəfə çoxdur.

Məlumat üçün bildirək ki, AYİB bu günə qədər Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfeli 38 layihə üzrə 1,4 mlrd. avro təşkil edir. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri və 1 000-dən çox şirkətə isə dəstək göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR