Azərbaycan dövlət büdcəsində 1,1 mlrd. manatdan çox profisit yaranıb

Azərbaycan dövlət büdcəsində 1,1 mlrd. manatdan çox profisit yaranıb
# 10 iyun 2020 14:29 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 527,5 mln. manat, xərcləri isə 9 392,2 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir.

Ötən ilin ilk beş ayı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 17% artıb, xərcləri isə 0,4% azalıb. Hesabat dövründə dövlət büdcəsində 1 135,3 mln. manatlıq profisit yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR