Azərbaycan dövlət büdcəsində 292 mln. manatlıq profisit yaranıb

Azərbaycan dövlət büdcəsində 292 mln. manatlıq profisit yaranıb
# 15 iyul 2020 16:05 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 022,7 mln. manat, xərcləri isə 11 730,8 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ilin ilk yarısı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 15,5%, xərcləri isə 7,1% artıb. Hesabat dövründə dövlət büdcəsində 291,9 mln. manatlıq profisit yaranıb. Halbuki ötən ilin yanvar-iyun aylarında dövlət büdcəsində 545,5 mln. manatlıq kəsir yaranmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR