Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 7% artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 7% artıb
# 15 aprel 2020 16:03 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 929,4 mln. manat vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Məlumata əsasən, bu müddətdə qeyri-neft sektoruna sərmayə qoyuluşu 9,1% azalaraq 1 486,8 mln. manat təşkil edib. Sərf olunmuş vəsaitin də 205,2 mln. manatı qeyri-neft sənayesinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR