Azərbaycan son 5 ildə AİB layihələri üzrə podratçılarla 1,9 mlrd. dollarlıq müqavilələr imzalayıb

Azərbaycan son 5 ildə AİB layihələri üzrə podratçılarla 1,9 mlrd. dollarlıq müqavilələr imzalayıb
# 28 aprel 2021 16:30 (UTC +04:00)

2016-2020-ci illərdə Azərbaycan Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirdiyi layihələr çərçivəsində podratçı və təchizatçılarla 1,889 mlrd. ABŞ dolları məbləğində müqavilələr imzalayıb.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, 2020-ci ildə cəmi bir yeni müqavilə imzalanıb.

Qeyd edək ki, indiyədək (1999-cu ildən bəri) Azərbaycan AİB-in maliyyələşdirdiyi layihələr çərçivəsində podratçı və təchizatçılarla 2,5 mlrd. dollar həcmində 162 müqavilə imzalayıb.

Xatırladaq ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində bank ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,988 mlrd. ABŞ dollar həcmində vəsait ayırmağı öhdəliyinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR