Azərbaycana əczaçılıq məhsullarının idxalı artıb

Azərbaycana əczaçılıq məhsullarının idxalı artıb
# 15 may 2020 09:34 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 123 709,62 min ABŞ dolları dəyərində 7 732,65 ton əczaçılıq məhsulları idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin ilk dörd ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,2%, həcmi isə 72,1% artıb.

Cari ilin yanvar-aprel aylarında əczaçılıq məhsulları idxalda xüsusi çəkisi 3,66%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR