Azərbaycana idxal olunan Yaponiya avtomobilləri 5-10% bahalaşa bilər

Azərbaycana idxal olunan Yaponiya avtomobilləri 5-10% bahalaşa bilər
# 16 mart 2020 12:30 (UTC +04:00)

Bu ilin birinci yarısının sonuna Azərbaycana idxal olunan Yaponiya istehsallı avtomobillər təxminən 5-10% bahalaşa bilər.

Bunu "APA-Econimics"ə avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ötən ilin sonundan başlayaraq Yaponiyada bir çox avtomobil istehsalçısının zavodlarında rekonstruksiya işləri aparılır: "Seysmik zonalarda yerləşdikləri səbəbindən zavodlar bir yerdən digər yerlərə köçürülür. Bu, həm avtomobil yığımı, həm də avtomobil hissələrini istehsal edən zavodlara aiddir. Eyni zamanda zavodlarda çeşidləmə prosesi gedir. Bu səbəbdən avtomobil bazarında, əsasən də Yaponiya istehsallı olan avtomobillərin qıtlığı yarana bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR