Azərbaycana idxal olunan məhsulların qiyməti artıb

Azərbaycana idxal olunan məhsulların qiyməti artıb
# 21 may 2020 15:49 (UTC +04:00)

Bu ilin mart ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 100,9%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,8% təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart aylarına nisbətən isə 125,6% olub.

Məlumata əsasən, 2020-ci ilin mart ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 66,6%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 61,1%, 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin eyni dövrünə nisbətən isə 88% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR