Azərbaycanda kənd təsərrüfatı sektorunun kreditləşməsi cüzi artıb

Azərbaycanda kənd təsərrüfatı sektorunun kreditləşməsi cüzi artıb
# 27 aprel 2021 17:32 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşların həcmi ötən ilin eyni ayı ilə müqayisədə 8,2% artaraq 570,9 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 0,2%, ilin əvvəlindən isə sözügedən sektorun kreditləşməsi 0,8% artıb.

Qeyd edək ki, aprelin 1-nə kənd təsərrüfatı sektoruna qoyulan kreditlərin real sektora kredit qoyuluşunda xüsusi çəkisi 3,9% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR