Azərbaycanda manatla pul bazası ilin əvvəlindən cüzi azalıb

Azərbaycanda manatla pul bazası ilin əvvəlindən cüzi azalıb
# 02 noyabr 2020 14:19 (UTC +04:00)

Bu ilin oktyabrın 31-nə Azərbaycanda manatla pul bazası 12 103,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 1% azalıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 17,5% artıb, ilin əvvəli ilə müqayisədə isə bu göstərici 0,4% azalıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR