Azərbaycanda mobil rabitə sektorunun gəlirləri azalıb

#
# 09:51
13 aprel 2021

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 219 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,2%-ni təşkil edib.

"Cari ilin ilk rübündə informasiya və rabitə müəssisələri tərəfindən 531,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,1%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 2,5% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR