Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi azalıb

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi azalıb
# 23 aprel 2021 13:50 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 0,4% artaraq 2,517 mlrd. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 0,2% artıb. İlin əvvəlindən isə bu göstərici 3,5% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 17,1% təşkil edib ki, bu da aylıq müqayisədə dəyişməz qalıb, illik müqayisədə isə 1,1 faiz bəndi azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR