Azərbaycanın tədiyə balansının maliyyə hesabının ÜDM-ə nisbəti 5,1 faiz bəndi azalıb

Azərbaycanın tədiyə balansının maliyyə hesabının ÜDM-ə nisbəti 5,1 faiz bəndi azalıb
# 14 sentyabr 2020 16:37 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının maliyyə hesabının kəsri 948,7 mln. ABŞ dolları və ya real ÜDM-in 4,8%-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ötən ilin 6 ayının yekununda ölkənin maliyyə hesabının profisiti 59,2 mln. dollar və ya ÜDM-in 0,3%-nə bərabər olub. Göründüyü kimi, hesabat dövründə tədiyə balansının maliyyə hesabının balansı 5,1 faiz bəndi enib.

Qeyd edək ki, 2020-ci ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 803,1 mln. dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (519 mln. dollar), portfel investisiyaları (-49 mln. dollar) və digər investisiyalar (333,1 mln. dollar) hesabına formalaşıb

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 145,6 mln. dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (250,1 mln. dollar), neft bonusu (451,6 mln. dollar), portfel investisiyaları (-87 mln. dollar) və digər investisiyalar (-760,3 mln. dollar) hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR