Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb
# 14 may 2020 10:52 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8% azalaraq 9 688,2 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ik dörd ayında Azərbaycan xarici ölkələrə 6 306,4 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 3 381,8 mln. dollar olub. Nəticədə, 2 924,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15,1% artıb, ixrac və idxal isə müvafiq olaraq 11% və 25,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR