BFB-də AMB-nin 150 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 150 mln. manatlıq notları yerləşdirilib
# 06 may 2020 14:46 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101779S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99,4773 manat qiyməti olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224 557 200 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4773 AZN (6,76%), orta ölçülmüş qiyməti isə 99,4773 manat (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 3 iyun 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR