BFB-nin aktivləri ötən il 42% artıb

BFB-nin aktivləri ötən il 42% artıb
# 02 iyun 2020 14:03 (UTC +04:00)

Bakı Fond Birjasının (BFB) aktivləri ötən il ərzində 41,6% artaraq cari ilin əvvəlinə 11 839 703 manat təşkil edib.

"APA-Economics" bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Bu müddətdə qurumun öhdəlikləri də 82,6% artaraq 548 275 manatdan 1 000 879 manata yüksəlib. Hesabat ilində BFB-nin cəmi kapitalı isə 38,6% artaraq cari il yanvarın 1-nə 10 838 824 manat olub.

BFB-nin ötən il ərzində xalis mənfəəti 3 023 336 manat təşkil edib. Xatırladaq ki, 2018-ci ildə bu göstərici 3 783 441 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR