BVF: Azərbaycan iqtisadiyyatı gələn il 2% artacaq - PROQNOZ

BVF: Azərbaycan iqtisadiyyatı gələn il 2% artacaq - PROQNOZ
# 13 oktyabr 2020 16:41 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2% təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, bu il Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 4% azalacaq.

Qeyd edək ki, fond apreldə 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,2% azalacağını, 2021-ci ildə isə 0,7% artacağını gözləyirdi.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR