BVF pandemiya başlayandan 82 ölkəyə 100 mlrd. dollardan çox vəsait ayırıb

BVF pandemiya başlayandan 82 ölkəyə 100 mlrd. dollardan çox vəsait ayırıb
# 19 noyabr 2020 18:08 (UTC +04:00)

Yeni növ koronavirus pandemiyası başlayandan bəri Beynəlxalq Valyuta Fondu (BVF) infeksiyanın yayılması və nəticələri ilə mübarizə aparmaq üçün 82 ölkəyə 100 mlrd. ABŞ dollarından çox vəsait ayırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin direktoru Kristalina Georgiyeva Fondun saytında dərc olunan bloqda yazıb.

"Biz 82 ölkəyə 100 mlrd. dollardan çox yeni maliyyə yardımı da daxil olmaqla bu böhrana misilsiz bir şəkildə cavab verdik. 190 iştirakçı ölkəyə bu böhrandan çıxmaq və pandemiyadan sonra daha yaxşı bir iqtisadiyyatın qurulması üçün daha çox iş görməliyik", - o bildirib.

K. Georgiyeva bir daha G20 ölkələrini pandemiyaya son qoymaq və qlobal iqtisadiyyatı bərpa etmək üçün birgə çalışmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR