Bağ evlərinin orta satış qiyməti azalıb, kirayəsi bazarı stabil qalıb

Bağ evlərinin orta satış qiyməti azalıb, kirayəsi bazarı stabil qalıb
# 14 aprel 2020 10:11 (UTC +04:00)

Bu ilin mart ayı ərzində bağ və fərdi yaşayış evlərinin orta satış qiyməti azalıb, kirayə qiyməti isə stabil qalıb.

Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

“Bağ evlərinin orta satış qiymətində ay ərzində 1,46%, il ərzində isə 6,25% azalma qeydə alınıb.”

Daşınmaz əmlak üzrə ekspert bildirib ki, bağ evlərinin kirayəsi bazarında isə ay ərzində qiymətlər stabil qalıb. Onun sözlərinə görə, bu kateqoriyadan olan evlərin kirayəsi bazarında orta qiymət il ərzində 4,67% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR