"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə qeyri-neft ixracı bu il 25%-dən çox artıb

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə qeyri-neft ixracı bu il 25%-dən çox artıb
# 03 noyabr 2020 15:29 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 148,6 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur.

Bu ilin oktyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15 mln. dollar olub ki, bu da avqust ayı ilə müqayisədə 21% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR