Bu il hər bir Azərbaycan sakini ödənişli xidmətlərə orta hesabla 439 manat xərcləyib

Bu il hər bir Azərbaycan sakini ödənişli xidmətlərə orta hesabla 439 manat xərcləyib
# 15 sentyabr 2020 17:36 (UTC +04:00)

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər bu ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 24% azalaraq 4 369,8 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şәxslәr tәrәfindәn әhaliyә 3 312,0 mln. manatlıq xidmәt göstәrilib ki, bu da xidmәtlәrin ümumi dәyәrinin 75,8%-ni tәşkil edib.

Cari ilin səkkiz ayında hәr bir ölkә sakini orta hesabla 438,5 manatlıq vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә nominal ifadәdә 137,2 manat az müxtәlif ödәnişli xidmәtlәrdәn istifadә edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR