"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
# 30 aprel 2021 14:11 (UTC +04:00)

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli emitentin defolt reytinqini (IDR) bir pillə artırmaqla “B” səviyyəsinə yüksəldib, bankın reytinq proqnozlarını da yaxşılaşdıraraq “Stabil”dən “Pozitiv”ə dəyişib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, reytinqlərdə baş verən dəyişikliklər bir sıra amillərlə izah edilir. Agentliyin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankının aktivlərinin stabil strukturu və keyfiyyəti, son illərdə yüksək gəlirliliklə fəaliyyət göstərməsi Bankda güclü kapital və likvidlik buferi formalaşdırıb. Bankın aktivlərinin keyfiyyəti qənaətbəxş səviyyədədir. Bankın qısa açıq valyuta mövqeyi ilə bağlı riskləri də azalmışdır.

Azərbaycan Beynəlxalq Bankının malik olduğu güclü kapital mövqeyi kredit profili üzrə valyuta risklərini azaldır və hər hansı ciddi valyuta böhranlarına qarşı kifayət qədər dayanıqlıdır. Bankın kapital adekvatlığı göstəriciləri 30% ətrafında olmaqla requlyativ tələbi əhəmiyyətli şəkildə üstələyir. 

Xatırladaq ki, aprelin ortalarında “Moody’s” beynəlxalq reytinq agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxaraq reytinq proqnozlarını “Stabil”dən “Pozitiv”ə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqini də bir pillə yüksəldərək “b3”dən “b2”yə yüksəldib.

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR