Funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsi 35 illik minimuma enib

Funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsi 35 illik minimuma enib
# 19 mart 2020 10:09 (UTC +04:00)

Funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsi 5% ucuzlaşaraq, 1985-ci ildən bəri ən aşağı səviyyəyə enib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunun əsas səbəbi kimi, koronavirusun yayılması nəticəsində dünya bazarlarında yaranan iqtisadi şoklar göstərilir. İngilis funtunun ucuzlaşmasına dollara qlobal tələbatın artması da təsir edib.

Qeyd edək ki, hazırda funt sterlinqin dollara qarşı məzənnəsi 1,1498 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR