Gürcüstanda turizm obyektləri əmlak vergisindən azad edilib

Gürcüstanda turizm obyektləri əmlak vergisindən azad edilib
# 07 may 2020 14:53 (UTC +04:00)

Gürcüstanda turizm müəssisələri növbəti 9 ay müddətinə əmlak vergisindən azad edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

O bildirib ki, hökumətin antiböhran planına əsasən, turizm sektoru 2020-ci il ərzində əmlak vergisindən tam azad edilib. Nazir qeyd edib ki, hökumətin 6 ay müddətinə başlatdığı proqrama görə, illik dövriyyəsi 20 mln. laridən (6,2 mln. ABŞ dolları) çox olan hotellərə subsidiyaların verilməsi planlaşdırılır ki, bu da Gürcüstandakı hotellərin 95%-dən çoxunu əhatə edəcək.

N. Turnava həmçinin qeyd edib ki, turizm müəssisələrinin gəlir vergilərinin ödənişi də ilin sonunadək təxirə salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR