Gürcüstanın mənfi ticarət saldosu ötən il 4,7 mlrd. dollara yaxın olub

Gürcüstanın mənfi ticarət saldosu ötən il 4,7 mlrd. dollara yaxın olub
# 14 yanvar 2021 11:11 (UTC +04:00)

Ötən il Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 14,8% azalaraq 11 347,7 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində ölkənin ixracı 2019-cu illə müqayisədə 12% azalaraq 3 342,1 mln. dollara enib, idxal isə 15,9% azalaraq 8 005,6 mln. dollar təşkil edib. Hesabat dövründə Gürcüstanın mənfi ticarət saldosu 4 663,4 mln. dollar təşkil edib ki, bu da ümumi ticarət dövriyyəsinin 41,1%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR