Bu ilin yanvar-mart aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalaraq 2 773,9 mln. ABŞ dolları təşkil edib.
APA-nın Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 5,9% azalaraq 778,2 mln. dollara çatıb, idxal isə 1,4% azalaraq 1 217,6 mln. dollar təşkil edib.
Cari ilin birinci rübündə Gürcüstanın xarici ticarət dövriyyəsinin mənfi saldosu 1 217,6 mln. dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 43,9%-nə bərabər olub. İllik ifadədə mənfi saldo 5,4% artıb.