"Kapital Bank" sahibkarlar üçün internet bankçılıqla pulköçürmələrin komissiya faizini endirib

"Kapital Bank" sahibkarlar üçün internet bankçılıqla pulköçürmələrin komissiya faizini endirib
# 19 mart 2020 14:56 (UTC +04:00)

“Kapital Bank” ASC sahibkarlara xarici ölkələrlə olan ticarət əlaqələrinin stimullaşdırılması məqsədilə “Müştəri Bank” (internet bankçılıq) vasitəsilə bütün istiqamətlərdə olan xaricə pul köçürmələri zamanı komissiyalarda endirimlər tətbiq olunaraq 0,2% müəyyənləşdirilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, sahibkarlar ölkəxarici köçürmə əməliyyatları ilə yanaşı, əməkhaqqı kartlarının sifarişi, əməkhaqqı kartlarına mədaxil, ölkədaxili köçürmələr və s. digər əməliyyatları da internet bankçılıq vasitəsilə filiala gəlmədən həyata keçirə bilərlər.

Qeyri-iş günlərində də internet bankçılıq fasiləsiz fəaliyyət göstərəcək.

Həmçinin, aprel ayının 30-dək kiçik və orta sahibkarların maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində biznes kreditləri üzrə rəsmiləşdirmə komissiyası sıfıra endirilir, qiymətləndirmə və sığorta xərcləri isə bank tərəfindən qarşılanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR