Kirayə mənzil bazarında ucuzlaşma 6%-i keçib

Kirayə mənzil bazarında ucuzlaşma 6%-i keçib
# 14 aprel 2020 10:55 (UTC +04:00)

Bu ilin mart ayı ərzində mənzillərin kirayəsi bazarında orta aylıq qiymət 6,2% azalıb.

Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, il ərzində 2,89% artım müşahidə olunub.

Ekspert bildirib ki, mart ayı ərzində kirayə mənzil bazarında 1 kv. metrin qiyməti 5,32 manatdan 4,99 manata enib.

Xatırladaq ki, fevral ayı ərzində mənzillərin kirayəsi bazarında orta qiymət 4,2% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə əksinə 11,1% bahalaşma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR