Maliyyə Nazirliyi 2021-ci il üzrə manatın dollara qarşı məzənnəsini açıqlayıb

Maliyyə Nazirliyi 2021-ci il üzrə manatın dollara qarşı məzənnəsini açıqlayıb
# 03 sentyabr 2020 10:53 (UTC +04:00)

Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Maliyyə Nazirliyi hesab edir ki, inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR