"Moody’s": Azərbaycanın bank sistemində yenidən maliyyələşmə riski aşağı qalacaq

"Moody’s": Azərbaycanın bank sistemində yenidən maliyyələşmə riski aşağı qalacaq
# 14 aprel 2020 10:28 (UTC +04:00)

"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda likvidlik və yenidən maliyyələşmə riskininin aşağı qalacağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkədəki bankların aktivlərinin təxminən 50%-i likvid alətlərdədir və bu likvidlik yastığı onların xarici şoklara müqavimət göstərməsin kömək edəcək.

"Moody’s" qeyd edir ki, bu likvid alətlərə suveren və kvazi-suveren borc qiymətli kağızlarına qoyulan investisiyalar da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR